Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputat Kürdə boğulan qızı xilas edən gəncə telefon bağışladı - Foto

Deputat Kürdə boğulan qızı xilas edən gəncə telefon bağışladı - Foto

Deputat Kürdə boğulan qızı xilas edən gəncə telefon bağışladı - Foto
2021-06-10 , 17:32

Milli Məclisin deputatı Aydın Mirzəzadə özünü Kür çayına atan yeniyetməni xilas edən gəncə mobil telefon bağışlayıb.

Yenisabah.az xəbər verir ki, millət vəkili bu haqda sosial şəbəkə hesabında məlumat verib:
“Bir neçə gün əvvəl Mingəçevirdə özünü Kür çayına atan 14 yaşlı qızı xilas edən cavan oğlan haqqında yazmışdım.O qızı sudan çıxararkən mobil telefonunu suda itirmişdi. Mən ona yeni telefon alıb bağışlayacağıma söz vermişdim. Bu gün Mingəçevirdə olarkən onunla görüşdüm, hədiyyəmi ona təqdim etdim”.

O, yeniyetməni xilas edən gəngin Vətən müharibəsi iştirakçısı olduğunu qeyd edib. Belə ki, Elgün Əlicanov Suqovuşan istiqamətində vuruşub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.