Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə, Fəzail Ağamalı, Şahin İsmayılov və Rauf Arifoğlunun dairələrində ciddi araşdırma aparılacaq — MSK sədrindən AÇIQLAMA

Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə, Fəzail Ağamalı, Şahin İsmayılov və Rauf Arifoğlunun dairələrində ciddi araşdırma aparılacaq — MSK sədrindən AÇIQLAMA

Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə, Fəzail Ağamalı, Şahin İsmayılov və Rauf Arifoğlunun dairələrində ciddi araşdırma aparılacaq — MSK sədrindən AÇIQLAMA
2020-02-10 , 13:37

“Cəmiyyətdə yeniliklərə tələb var”.



Bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.


M. Pənahov deyib ki, fəaliyyətlərini bu tələbə uyğun qurmağa çalışırlar:


“Bir məqamı da qeyd edim. 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub. Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.(APA)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.