Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Fotoları yayılan polis rəisinin sürücüsü xidmətdən QOVULDU

Fotoları yayılan polis rəisinin sürücüsü xidmətdən QOVULDU

Fotoları yayılan polis rəisinin sürücüsü xidmətdən QOVULDU
2021-06-14 , 19:22

Sosial şəbəkələrdə intim fotoları yayılan polis əməkdaşı xidmətdən qovulub.


"Qafqazinfo” xəbər verir ki, Gədəbəy rayon Polis Şöbəsinin rəisi Mehman Həşimovun sürücüsü Çingiz Ruşanovun fotoları yayılıb. Bu şəkillərə görə Çingiz Ruşanov polis sistemindən qovulub.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, həmin fotolar bir neçə ay öncə aşkarlanıb: "Məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, polis baş serjantı Çingiz Ruşanov cari ilin fevral ayında daxili işlər orqanlarından xaric edilib”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.