Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış vəkil DYP-nin ləğv olunmasını təklif etdi: “Özbaşınalıqdır…”

Tanınmış vəkil DYP-nin ləğv olunmasını təklif etdi: “Özbaşınalıqdır…”

Tanınmış vəkil DYP-nin ləğv olunmasını təklif etdi: “Özbaşınalıqdır…”
2021-06-14 , 19:27

“Son günlər DYP əməkdaşları sanki vətəndaşları incitmək öhdəliyi götürüb. Başqalarını demirəm, elə özüm və yaxın ətrafım hər gün DYP-nin özbaşınalığı ilə qarşılaşırıq”.


Hokm.az bildirir ki, bunu tanınmış vəkil Aslan İsmayılov deyib. O bildirib ki, DYP (Dövlət Yol Polisi) strukturlarında baş verən anlaşılmazlıqlar, vəzifədən alınıb, sonra geri qaytarılmalar da bu qurumda böyük problemlərin olduğunun göstəricisidir:

“Qonşu Gürcüstanda M.Saakaşvilinin atdığı ən uğurlu, vətəndaşların alqışladığı addımlar da məhz bu qurumla bağlı idi. Gürcüstanda ilk olaraq rüşvət mənbəyi olan avtomobillərin texniki baxış proseduru ləğv edildi. Bunun ardınca isə DYP bir qurum kimi ləğv edildi”.

A.İsmayılov qeyd edib ki, hər iki addımı Azərbaycanda da atmaq lazımdır: “Çünki  ölkəmizdə bu iki hal daha acınacaqlı vəziyyətdədir. Bizdə isə tam əksini edirlər, Bakı artıq DYP şəhərinə dönüb. Az qala əhalinin sayı qədər DYP işçisi var”.
​https://hokm.az/taninmis-vekil-dyp-nin-legv-olunmasini-teklif-etdi-ozbasinaliqdir/​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.