Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 4 nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş... (FOTOLAR)

4 nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş... (FOTOLAR)

4 nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş... (FOTOLAR)
2021-06-14 , 19:29

Xəbər verdiyimiz kimi, ötən gecə Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümünə səbəb olan ağır avtomobil qəzası baş verib.


"Qafqazinfo" "Range Rover” markalı 10 CO 002 dövlət nömrə nişanlı avtomobili ilə qəzaya səbəb olan "Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevlə bağlı bəzi məlumatları əldə edib.

Belə ki, "Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışan E.Kəlbəliyev, "Əlincə” futbol klubunun prezidenti olub. Maraqlıdır ki, 2010-cu ildə yaradılan, ötən il isə fəaliyyətini dayandıran sözügedən klubun təsisçi də Kəlbəliyevin qayınatası, "Bağçalı Evlər” MTK-nın rəhbəri Məhərrəm Novruzov olub.

Qeyd edək ki, E.Kəlbəliyev qəzanı törədən zaman sərxoş olub. O, hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
​https://news.day.az/azerinews/1352553.html​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.