Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Dövlət Miqrasiya Xidmətini talayıb, indi Meriyanı dağıdan İntiqam Məmmədovun milyonluq kolleksiyası – FOTOLAR

Dövlət Miqrasiya Xidmətini talayıb, indi Meriyanı dağıdan İntiqam Məmmədovun milyonluq kolleksiyası – FOTOLAR

Dövlət Miqrasiya Xidmətini talayıb, indi Meriyanı dağıdan İntiqam Məmmədovun milyonluq kolleksiyası – FOTOLAR
2021-06-15 , 04:23

Dövlət Miqrasiya Xidməti nəzdindəki Bakı Şəhər Regional Miqrasiya İdarəsinin keçmiş rəisi İntiqam Behbud oğlu Məmmədovun oğlunun milyonluq avtomobil kolleksiyasının fotoları yayılıb.

TİA.Az-ın məlumatına görə, sosial şəbəkələrdə şəkilləri yayılan bahalı avtomobillər İ.Məmmədovun övladı Əhmədli Elgiz İntiqam oğluna məxsus imiş.
O, 10 EX 002 dövlət nömrə nişanlı bir neçə avtomobil idarə edir. Həmçinin 99 TZ 555 dövlət nişanlı avtomobillər də rəisin balasınındır. Bildirilir ki, Elgizin maşınları bunlardan ibarətdir:
Mercedes CLS-Class,
BMW X5M Black,
Toyota Land Cruiser,
Porsche Panamera 4S.
Maraqlıdır, bir dövlət xidmətinin nəzdindəki idarə rəisinin bu qədər sərvəti haradandır ki, onun övladları yüzminlik avtomobillər sürürlər? İntiqam Məmmədov artıq vəzifəsindən ayrılıb.
Görünür ki, talayıb, yağmalayıb, sonra işdən gedib. Buna görə “qaşın üstə gözün var” deyən də yoxdur. Əksinə, indi başqa bir vəzifədə korrupsiyanı davam etdirir.
TİA.Az-ın araşdırmasına görə, İntiqam Məmmədov Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi olduğu vaxtdan Miqrasiya idarəsinin rəisi Firudin Nəbiyevin biznesini (onlar həm də kirvədir) idarə edib və onunla şərikdir.
Onların əsas biznes şəbəkəsinə Binəqədi rayonunda yerləşən üçmərtəbəli «Ata» supermarketi, «Elay» şadlıq evi (Bayılda), «Ata» market (Montində), Novxanıda restoran və Nabranda «Orxan» İstirahət Mərkəzi, «Fashion Club» gözəllik salonu və Otel (Teymur Əliyev küçəsində), Xudatda fermer təsərrüfatı (500 ha) və çoxsaylı kafelər, dayanacaqlar, yeni tikilən binalar (Masazırda) və yanacaqdoldurma məntəqəsi daxildir.
İntiqam Məmmədov 2018-ci ildən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktorudur, amma illər ərzində o, rəhbərlik etdiyi qurumda islahatlar aparmaq əvəzinə, dövlət qurumunu şəxsi biznesi kimi idarə edir və Prezident qeyd etdiyi kimi, sahibkarların qanını soraraq, onları incitməyə davam edir.
TİA.Az https://tia.az/dovlet-miqrasiya-xidmetini-talayib-indi-meriyani-dagidan-intiqam-memmedovun-milyonluq-kolleksiyasi-fotolar/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.