Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda çimərliyi insanların üzünə bağladılar (FOTO)

Bakıda çimərliyi insanların üzünə bağladılar (FOTO)

Bakıda çimərliyi insanların üzünə bağladılar (FOTO)
2021-06-16 , 15:30

Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.


Sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində "Daçnikov” çimərliyə gedən girişi vətəndaşlar üçün hasarlanıb.

Çimərliyə giriş yol dəmir arakəsmə ilə bağlanıb.

Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.

Məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, bu məsələ araşdırılacaq. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.