Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Komada olan qazimiz ŞƏHİD OLDU - FOTO

Komada olan qazimiz ŞƏHİD OLDU - FOTO

Komada olan qazimiz ŞƏHİD OLDU - FOTO
2021-06-16 , 15:32

Vətən Müharibəsinin daha bir iştirakçısı şəhidlik zirvəsinə ucalıb.

Yenilik.azUnikal.org-a istinadən xəbər verir ki, ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin səylərinə baxmayaraq bu gün dünyasını dəyişib.

Qeyd edək ki, təxminən 2 həftə öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı.
Xatırladaq ki, Zeynal Şahhüseynov müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.
Allah rəhmət eləsin!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.