Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Exit-poll Razi Nurullayevi açıqlasa da, MSK-dan başqa ad çıxdı

Exit-poll Razi Nurullayevi açıqlasa da, MSK-dan başqa ad çıxdı

Exit-poll Razi Nurullayevi açıqlasa da, MSK-dan başqa ad çıxdı
2020-02-10 , 14:04

Parlament seçkilərindən sonra açıqlanan exit-poll nəticələri ilə Mərkəzi Seçki Komissiyasının verdiyi statistikada üst-üstə düşməyən bir dairə müəyyən olunub.



Dünən “Opinion Way” təşkilatının açıqladığı məlumata görə, exit-poll nəticəsində 79 saylı İmişli Seçki Dairəsində Razi Nurullayev 49 faiz səslə öndə idi. Lakin bu gün səhər saat 07-də MSK-nın açıqladığı liderlər siyahısında R.Nurullayevin adı çıxmadı.


MSK-nın ilkin nəticələrinə görə, bu dairədə “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev 23,7 faiz səslə liderdir. Bu dairədə səslərin sayılması davam edir. MSK-nın məlumatına görə, saat 07-yə kimi bu dairə üzrə 43 məntəqədən 35-nin səsləri sayılıb.


Hazırda MSk-nın saytında yerləşdirilən protokol nəticələrində görə, Murad Fərzəliyev 2 411, Razi Nurullayev isə 1 382 səs toplayıb. (Qafqazinfo)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.