Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vətən Müharibəsi iştirakçısına cinayət işi açıldı

Vətən Müharibəsi iştirakçısına cinayət işi açıldı

Vətən Müharibəsi iştirakçısına cinayət işi açıldı
2021-06-17 , 17:14

Azərbaycanda Vətən Müharibəsi iştirakçısına cinayət işi açılıb.

 
Azərbaycan Ordusunun çavuşu Ağayev Ceyhun Məhəmməd oğlu Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə təqsirli bilinir.
 
C.Ağayevin cinayət işi üzrə hazırlıq iclası 24 iyun saat 15:00-da Bakı Hərbi Məhkəməsində keçiriləcək. İş hakim Aslan Kalbalıyevin icraatına verilib.
 
Qeyd edək ki, Ceyhun Ağayev Vətən Müharibəsində iştirak edib və Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
 
Unikal.org

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.