Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şəhid atası: "5 aydır problemimiz həll olunmur" – VİDEO

Şəhid atası: "5 aydır problemimiz həll olunmur" – VİDEO

Şəhid atası: "5 aydır problemimiz həll olunmur" – VİDEO
2021-06-17 , 20:13

Mingəçevirdən olan İkinci Qarabağ Müharibəsində şəhid olan hərbi qulluqçu, kiçik çavuş Pərviz Tağıyevin atası Hafiz Tağıyev Yeniavaz.com saytına öz problemləri ilə  bağlı müraciət edib.

Biz şəhid ailələri hər an ölkə rəhbərliyinin diqqət və qayğısı əhatəsindəyik. Buna görə prezidentimizə minnətdarlığımızı bildiririk. Amma bizim elə bir problemimiz var ki, o həll olunmaz vəziyyətdə qalır. Oğlum şəhid olandan sonra ürək xəstəliyi tapdım. Əməiyyat olundum. İki oğul atası idim. Şəhid oğlum 7 il hərbidə qulluq edib. Vətən müharibəsində şəhid oldu, nəşi 8 aydan sonra tapıldı. Ümid edirdim ki, oğlum sağ-salamat qayıdar mənim də yüküm azalar. Mən bir ata kimi oğlumla qürur duyuram və  bir ata kimi nə qədər ki, sağam yerdə qalan bircə oğluma da gün ağlamalıyam. Amma bacarmıram. Oğlum İbrahimin 28 yaşı var. İşsizdir. Deputatımız Aydın Mirzəzadəyə müraciət etdim. Sağ olsun, gəldi evimizə bizi ziyarət etdi. Oğlumun işsizliyi ilə bağlı problemimizi ona danışdım. Dedi, 5 gün içərisində bu iş öz həlini tapar. 5 gün 5 ay oldu. 5 aydı gözləyirəm. Artıq səbrim tükənib. Yoldaşım da xəstədir", - şəhid atası bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.