Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Sputnik V” vaksinini bu xəstələrə vurmaq olmaz - Siyahı

“Sputnik V” vaksinini bu xəstələrə vurmaq olmaz - Siyahı

“Sputnik V” vaksinini bu xəstələrə vurmaq olmaz - Siyahı
2021-06-20 , 11:58

Ürək-damar xəstəliklərindən, bronxial astmadan, hepatit C-dən əziyyət çəkənlər, remissiyada olan onkoloji xəstələr koronavirus əleyhinə “Sputnik V” ilə vaksinasiya oluna bilərlər.

Yenisabah.az xəbər verir ki, bu sözləri RİA Novosti-yə Qamaley adına Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qinsburq bildirib.

O deyib ki, əgər bu xəstəliklər kəskin mərhələdədirsə, peyvəndləmə əks-göstərişdir.
“Patoloji kardioxəstələr ilk növbədə peyvədlənməlidirlər. Çünki yoluxduqları təqdirdə onlar və şəkərli diabet xəstələri ilk risk qrupundadırlar. Kardioloqun yanına getməyə ehtiyac yoxdur, dərhal vaksinasiya olunmaq lazımdır” - Qinsburq vurğulayıb.
O qeyd edib ki, bronxial astma və hepatit C xəstələrinin peyvənddən kənarlaşdırılması üçün əsas yoxdur.
Qinsburq remissiya mərhələsində olan və kimyəvi terapiya görməyən xəstələrin də vaksinasiya oluna biləcəyini söyləyib: “Düşünmürəm ki, onkoloji xəstəlik peyvəndləmə üçün əks-göstərişdir, amma onkoloji xəstə sitostatik şəklində kimyəvi terapiya alırsa, peyvəndləmə nəticəsində xəstəyə pis bir şey etməyəcəksiniz, amma istədiyimiz effektə, ilk növbədə antitellərin meydana gəlməsinə nail ola bilməyəcəyik”./Teleqraf

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.