Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda dəhşətli isti olacağı günlər açıqlandı - Nazirlikdən xəbərdarlıq

Bakıda dəhşətli isti olacağı günlər açıqlandı - Nazirlikdən xəbərdarlıq

Bakıda dəhşətli isti olacağı günlər açıqlandı - Nazirlikdən xəbərdarlıq
2021-06-21 , 17:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti anomal istilərlə bağlı xəbərdarlıq yayıb.


Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.