"Allaha pənah, hər şey yaxşı olacaq" – Hadi Rəcəbli

"Allaha pənah, hər şey yaxşı olacaq" – Hadi Rəcəbli Hadi Rəcəblinin namizəd olduğu 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlər yayılıb.



Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hadi Rəcəbli son qərarı Mərkəzi Seçki Komissiyasının verəcəyini bildirib:



"Yazılanlardan mənim də xəbərim var. Seçkilərin gedişatı ilə bağlı heç nə deyə bilmərəm. Qərar MSK-dan asılıdır. Qanunvericiliyə görə 10 gün müddətində Mərkəzi Seçki Komissiyası məsələyə münasibət bildirməlidir. Allaha pənah. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
Geri qayıt