Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda yağıntı davam edir, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilir, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.