Ramiz Mehdiyevin gəlini "Bank BTB"yə 2 milyon manat borc verdi

Ramiz Mehdiyevin gəlini "Bank BTB" ASC-nin bir qədər əvvəl tədavülə buraxdığı 2 milyon manatlıq istiqrazların alıcısı məlum olub.
 
Yenilik.az-ın məlumatına görə, bu, Bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyevadır.
 
Xatırladaq ki, nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Onlara cəmi 1 investor qiyməti 1 000 manat (9%), ümumi məbləği isə 2 milyon manat olan 1 sifariş təqdim edib.
 
Qiymətli kağızlar 6 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər 1 aydan bir ödəniləcək. Prosesin anderrayteri “BTB Kapital İnvestisiya Şirkəti” ASC-dir.
 
"Bank BTB" daha 3 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır. Həmin qiymətli kağızları da Bankın əsas səhmdarı əldə edəcək.
 
Qeyd edək ki, bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyeva sabiq Prezident Administrasiyasının rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin gəlinidir.
 
Report

Geri qayıt