Sabah hava necə olacaq?

Sabah hava necə olacaq? İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenilik.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Geri qayıt