“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub “Bakcell” şirkətinin dəstəyilə “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi başa çatıb.
Bakı və Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 7-17 yaşlı uşaqlar öz rəsm əsərlərini müsabiqəyə təqdim ediblər. Ən yaxşı rəsmlərin satışından əldə olunan vəsaitə Vətən müharibəsi şəhidlərinin övladları üçün hədiyyələr alınıb.
Təşkilatçılar və müsabiqə iştirakçıları vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin övladlarına baş çəkib, onlara öz qayğı və diqqətlərini ifadə ediblər. Layihə ümumilikdə 100 şəhid övladını əhatə edib.
Müsabiqədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub.
Şirkətdən bildirilib ki, “Bakcell” xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiyasını diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.

Geri qayıt