Deputat diplomatlarımıza qahmar çıxdı: “Qaçıb gizlənməyin özü də qəhrəmanlıqdır”

Deputat diplomatlarımıza qahmar çıxdı: “Qaçıb gizlənməyin özü də qəhrəmanlıqdır” “Səfirlik işçiləri Herakl deyillər ki, terrorçularla əlbəyaxa döyüşə girsinlər”.
Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribata səfirliik işçilərinin müqavimət göstərməməsinə dair sosial şəbəkələrdə müzakirə şərh verib. Bu müzakirələrdə əksəriyyət onları qınayır.
Deputat bildirib ki, “Bəs səfirliyin işçiləri hara baxırdı?”, “Niyə müqavimət gəstərməyiblər?” kimi iradlar düzgün yanaşma deyil.
“Azərbaycanın Londondakı səfirliyinə xain araşdırılacaq, insidentin arxasında duran şəxslər cəzalandırılacaq. Hadisəni törədən radikal dini qruplaşmanın nə edəcəyindən heç bir kəs xəbərdar deyildi. Onlar oranı partlada, səfirliyin işçilərini girov götürə və ya öldürə bilərdilər.
Səfirlik işçiləri Brüs Li, Arnold Şvarsnegger, Silvester Stallone və ya Herakl deyillər ki, onlarla əlbəyaxa döyüşə girsinlər. Qaçıb gizlənməyin özü də qəhrəmanlıqdır. Onlar diplomatdırlar, pəhləvan deyillər. Vətəndaşlarımıza çağırış edirəm ki, diplomatlarımızı bu cür hədəfə almasınlar”.
R. Nurullayev deyib ki, Böyük Britaniya polisinin bu qədər soyuqqanlı olması onu çox narahat edir:
“Bu hərəkət demokratiyanın göstəricisidir, yaxud elə belə də olmalı imiş? Anlaya bilmirəm. Səfirliyimizə qarşı bu cür təxribatın baş verməsi yalnız Azərbaycana deyil, həm də Böyük Britaniyaya qarşı yönəlmiş bir mesajdır.
Demokratiyanın mərkəzi sayılan Londonda bu cür hadisəni törədənlər terrorçudur və onların yeganə cəzası yerindəcə güllələnməkdir”.

Geri qayıt