Xədicə köpəkbalıqların olduğu hovuza girdi – VİDEO

Xədicə köpəkbalıqların olduğu hovuza girdi – VİDEO Tanınmış aparıcı Xədicə Sənanqızı istirahət üçün qardaş ölkə Türkiyəyə yollanıb.


Yenilik.az xəbər verir ki, Antaliyada tətildə olan aparıcı köpəkbalıqların olduğu böyük hovuza girib.


Həmin anları isə Xədicə sosial şəbəkə hesabında paylaşıb. O, köpəkbalıqları ilə yayımladığı görüntüləri bu cür şərh edib.


“Ekstrimə davam. Həyatımda heç düşünməzdim, köpəkbalıqları ilə eyni hovuzda üzə bilərəm. Hətta onlara toxuna bilərəm. Boşuna demirlər, həyat sürprizlərlə doludur” – deyə X. Sənanqızı yazıb.


Qeyd edək ki, Xədicə Sənanqızı AzTV-də yayımlanan “Gün başladı” verilişinin aparıcısıdır. (Bizim.media)

Geri qayıt