Hicran Hüseynova tənqidlərə cavab verdi

Hicran Hüseynova tənqidlərə cavab verdi Milli Məclisin komitə sədri Hicran Hüseynova sosial yardımın insanları xarab etməsi və  işləmək istəməmələri barədə səsləndirdiyi fikirlərə görə tənqid olunmasına münasibət bildirib.
 
H.Hüseynova Pravda.az-a açıqlamasında deyib ki, sözləri düzgün şərh olunmayıb.
 
“Açıqlamamda hamısını çox açıq bildirmişəm. Sözlərimi düzgün şərh etməyib, yazıblar. Çox istərdim ki, hansı formada demişəmsə, açıqlamanı elə o formada versinlər”, - deputat qeyd edib.
 
H.Hüseynova Fransada villasının olması barədə səslənən fikirlərə isə münasibət bildirməyib.
 

Geri qayıt