Oğlunun şad gününə hazırlaşan şəhid atası: "Hiss edirdim ki, toyu olmayacaq" — VİDEO

Oğlunun şad gününə hazırlaşan şəhid atası: "Hiss edirdim ki, toyu olmayacaq" — VİDEO "Bilirdim ki, o sağ qalmayacaq. 44 günlük müharibədən sonra gözlərinə baxa bilmirdim. İndi məni o yandırır ki, onu qucaqlaya bilmədim. İnsan var ki, sevgisini göstərə bilir. Amma mən onu əzizləyə bilmədim. Gözlərinə baxanda insanı fikir aparırdı". 

Yenilik.az
xəbər verir ki, bu sözləri sentyabrın 13-də ermənilərin törətdiyi təxribatlar nəticəsində şəhid olan baş leytenant Nəcəfzadə Hüseynin atası Abbasqulu Nəcəfzadə deyib. "A Star" layihəsinə danışan şəhidimizn valideyni, övladının həlak olacağını əvvəldən hiss etdiyini bildirib:

"Toyuna hazırlaşmaq üçün əlimi qaldıra bilmirdim. Düzdür, nə deyirdi, etdim. İstədiyi musiqiçiləri, rəqqasları danışmışdım. Amma mən hiss edirdim ki, bu toy olmayacaq. Anası onunla bağlı xəyallar qururdu. 10-15 il sonrasını gözünün önünə gətirirdi. Anasına demişdim ki, hərbçidir, hər şey ola bilər, hazırlıqlı ol..."

Xatırladaq ki, 25 yaşlı baş leytenant Nəcəfzadə Hüseyn Abşeron rayonu Saray qəsəbəsindəndir. O, sentyabrın 12-dən 13-nə keçən gecə ermənilərin Azərbacan-Ermənistan sərhədində törətdikləri təxribatlar zamanı şəhid olan 79 qəhrəmanımızdan biridir. Hüseyn nişanlı idi. O, evlənməyə hazırlaşırdı. Erməni təxribatı zamanı həlak olan şəhidimiz doğulduğu Abşeron rayonu Saray qəsəbəsində torpağa tapşırılıb. /BAKU.WS
Geri qayıt