"Xahiş edirəm Naxçıvanla bağlı məsələnin həssaslığı nəzərə alınsın”

"Naxçıvan həssas bir zonadır və bunu nəzərə almaq lazımdır" 
Yenilik.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib.
“Azərbaycan Prezidenti nəyi, nə zaman, necə etmək lazımdır, hamıdan yaxşı bilir. Naxçıvanın həssas bölgədə yerləşdiyi nəzərə alınmalıdır. Bir tərəfdən İran, digər tərəfdən Ermənistanla ən böyük sərhəd Naxçıvan Muxtar Respublikası ilədir. Həssas bölgə ilə yanaşı, erməninin öyrətdiyi başqa-başqa adamlar çıxışlar edirlər, baş verənlərə münasibət bildirirlər”.
S.Novruzov əlavə etdi ki, hüquq mühafizə orqanlarının Naxçıvanda yoxlamalar aparmasını normal qəbul etmək lazımdır: “Bu günədək ölkədə 7 icra başçısı tutulub. Bunlar da Azərbaycan vətəndaşlarıdır. Ona görə də xahiş edirəm Naxçıvanla bağlı məsələnin həssaslığı nəzərə alınsın”.
Geri qayıt