TƏBİB: “Təcili yardım gələnə qədər Hacı Şahin ürəktutmadan ölüb”

TƏBİB: “Təcili yardım gələnə qədər Hacı Şahin ürəktutmadan ölüb” TƏBİB Hacı Şahin Həsənlinin ölüm səbəbi ilə bağlı məlumat yaydı.
TƏBİB-dən verilən məlumata görə, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.
Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.
Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Geri qayıt