İlham Əliyev ölkəmizin ədalətli mövqeyini dəstəklədikləri üçün Qoşulmama Hərəkatına üzv ölkələrə təşəkkür edib

İlham Əliyev ölkəmizin ədalətli mövqeyini dəstəklədikləri üçün Qoşulmama Hərəkatına üzv ölkələrə təşəkkür edib “Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib”.
Yenilik.az xəbər verir ki, bunu martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında söyləyib.
“Bu fürsətdən istifadə edərək mən Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etmək istəyirəm”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Geri qayıt