Lalə Azərtaş: "Onunla xudahafizləşəndə qulağına dedim ki..."

"Bu gün Hacıyla vidalaşmağa getmişdim, insan axını var idi. Onunla xudahafizləşəndə qulağına dedim ki, bizim ikinci arzumuz yerinə yetmədi, təəssüf. Sağ olsaydı, inanıram ki, "Heç üzülmə, Allah belə məsləhət görüb" deyərdi. İmkanım olsaydı, bircə kəlmə soruşardım. Hansı hissləri keçirdin ki, votsapda bu sözləri yazdın?".
Qeyd edək ki, ilahiyyatçı ölümündən bir neçə saat əvvəl vatsap statusunda Xalq şairi Ramiz Rövşənin şeirindən "Mən bu ağlamalı, mən bu gülməli dünyaya ağlayıb-gülməyə gəldim. Bir dünya tapılmaz bundan ölməli, mən də tamahlanıb ölməyə gəldim" misralarını yazıb.