ELMAN NƏSİROV: "ELƏ YAPIŞIBLAR Kİ, 190 MANAT AZDIR"

ELMAN NƏSİROV: "ELƏ YAPIŞIBLAR Kİ, 190 MANAT AZDIR" “Prezident əvvəlcə buna görə 1 milyard manat ayrılmışdı, sonra hesablamalar, təhlillər göstərdi ki, bu azdır, indi 2.5 milyard manat ayrılması nəzərdə tutuldu. Təxminən 300 min muzdlu işçiyə 215 milyon manat vəsait ayrılıb. Mikro sahibkarlara 80 milyon manat verilməsi qərara alınıb. O ki qaldı işsizlər məsələsinə, onlara da büdcədən 70 milyon manat vəsait ayrılıb və 200 min insandan söhbət gedir. Bir də, bilirsiniz, məlum olur ki, sahibkarlarla işçilər arasında indiyə kimi əmək müqaviləsi olmayıb. Ona görə də bax, belə məsələlər ortaya çıxıb. 190 manat ödənməsinə gəlincə, ilkin olaraq bu qədər nəzərdə tutulub. Bu, ilk addımlardır və aprel, may üçün verilməlidir”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, əvvəl koronavirusla mübarizəyə 1 milyard manat ayrılmışdısa, indi 2.5 milyard manat ayrılıb və bütün bunlar gedişatda bəlli olur: “Hə şey dəyişə bilər. Yəni bugünkü reallıqda 190 manat ayrılıb. Məsələ öyrənildikcə, yanaşma, rəqəmlər dəyişir. "Bu niyə azdır, niyə çoxdur" yanaşması düz deyil. Lazımi addımlar atılır. Ayrılan vəsaitlərdən danışılmır. Elə yapışıblar ki, 190 manat azdır. Hamının məsuliyyəti var. Əvvəlcə qeydiyyatdan keçmək, işsiz statusu almaq lazımdır. "İşsizəm" deməklə olmur. Bugünkü reallıqda nə mümkündürsə, edilir, bütün tədbirlər görülür. Məqsəd xalqı bəladan hifz etməkdir. Məsuliyyət məsələsində problem var, kimlərsə karantin qaydalarını pozmaq istəyir, atılan addımlara don geyindirmək, gözdən salmaq istəyirlər. Aprelin 9-da parlamentin iclasında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirdi ki, kreditlərin dondurulması məsələsinə baxılır. Koronavirusla mübarizə çərçivəsində dövlətin mühüm addımlarına şahidlik edəcəyik. Bura sosial rifah məsələləri aiddir. Bir az səbir etmək lazımdır, bugün o məsələlər müzakirə edilir”.“Azadlıq radiosu”
GÜNÜN VİDEOSU
[frame=https://player.bax.tv/98706.html]
Geri qayıt