AZAL qadınları 8 Mart münasibətilə təbrik edib

AZAL qadınları 8 Mart münasibətilə təbrik edib 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) xanım sərnişinləri üçün xüsusi bayram ab-havası hazırlayıb. Bu gün Azərbaycan aviaşirkətlərinin reyslərində səyahət edən gözəl qadınların hər biri təyyarə göyərtəsində çiçəklə, eləcə də pilotların səmimi arzuları ilə təbrik edilib.
Lakin bayram əhvali-ruhiyyəsi yalnız göydə yaradılmayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda güllərlə bəzədilmiş qeydiyyat masaları da sərnişinlərə xüsusi bayram ab-havası bəxş edib.
AZAL bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik və “Azərbaycan Hava Yolları” ilə xoş səyahətlər arzulayır.

Geri qayıt