"Şəxsiyyətə sahib olmayan qadınlar üçün bu olduqca vacib bir dönüşüm idi" - Fazil Mustafa

"Bu gün əslində qadının dünyada hüquq savaşının başladığı gündür. "Mən də insanam", "mənim də haqqım var", "yalnız damazlıq vasitə kimi baxılan varlıq deyiləm", "hamı kimi ağlım, düşüncəm var" deyib özünü, şəxsiyyətini ucaltmağa çalışdığı gündür. Xüsusilə də Şərq toplumunda nə cəmiyyətin, nə də özünün dəyər verdiyi şəxsiyyətə sahib olmayan qadınlar üçün bu olduqca vacib bir dönüşüm idi. Öz şəxsiyyətinə dəyər verən, aydın fikirli, çağdaşlığın fəlsəfəsini dərk edən Azərbaycan qadınlarına daha böyük ucalıqlar diləyirəm. Hüququnu tanıyan çağdaş qadınlar, gününüzü qutlayıram, bu məmləkətin çağdaşlıq obrazı sizin varlığınızla bağlıdır. Mənim üçün XX yüz ildəki bir Həmidə xanım Cavanşir şəxsiyyəti, XXI yüz ildə erkəkli-dişili on minlərlə cahilin izdihamından daha böyük gücdür, Tanrı bu gücümüzü azaltmasın ki, bu milləti də birlikdə ucalda bilək",- deyə deputat vurğulayıb.