“Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib”

“Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib” “Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib”.
Yenilik.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında deyib.
“Gecə-gündüz yerli xilasedicilər çalışır. Xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb. Ən son zəlzələ bölgəsini tərk edən can Azərbaycandan olan xilasedicilər olub. Onlar da işlərini başa çatdırıb geri qayıdıblar”, - nazir bildirib.
Çavuşoğlunun sözlərinə görə, ümumilikdə 90 ölkədən 11 mindən çox insan Türkiyədə axtarış-xilasetmə işlərinə cəlb olunub.

Geri qayıt