Dövlət Yol Polisi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

“Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq gətirən maddələr mövcuddur. Bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir”, - məlumatda qeyd edilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən, belə halların doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir.