Martın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub.
Yenilik.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Ölkə liderlərinin geniş tərkibdə görüşü keçirilib.