Prezident Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını təltif etdi

Prezident Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını təltif etdi Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Yenilik.az xəbər verir ki, Sərəncamla Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elman Məmməd oğlu Əliyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Həmçinin Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya baş idarəsinin rəisi İslam Məsum oğlu Ağayevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Dövlət başçısının digər Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Abdullayev İsmayıl Əli oğlu
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə
Bədəlov Ayxan Əli oğlu
Əliyev Amid Həbib oğlu
Hüseynov İlyas Fətulla oğlu
Hüseynova Nigar Elxan qızı
Quliyev Sunay Arif oğlu
Quliyev Vəli Nüsrəddin oğlu
Mirzəyev Vüqar Həmid oğlu
Səttarova Əfsanə Ziyadxan qızı
Şahmarov Elnur Qaçay oğlu
Tağıyev Faiq Arif oğlu.


Geri qayıt