Azərbaycanda su probleminin həlli

Baş nazir qeyd edib ki, yanacaq-enerji balansı ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq su təsərrüfatı balansı formalaşdırılıb:
“Bu balans çərçivəsində su ehtiyatlarının formalaşması və istifadəsi üzrə dəyərləndirmələr aparılır”.
Ə.Əsədov əlavə edib ki, mövcud infrastrukturun yaxşılaşdırılması, su itkilərinin minimuma endirilməsi, su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması, müvafiq qanunvericilik və normativ-hüquqi aktların təkmilləşdirilməsi istiqamətində lazımi tədbirlər görülür.