Deputat xalqa “qara camaat” dedi, spiker ETİRAZ ETDİ

“2009-cu illə müqayisədə pensiya alanların sayı 160 min nəfər azalıb. 2017-ci illə müqayisədə pensiya xərclərinə 207 milyon manat qənaət etmişik. Ölkədə yaşayan əhaliyə məhsulları Avropadakı kimi satırıq, amma xalqa verilən vəsait Avropada olduğu kimi deyil. Biz nə vaxta qədər bu xalqa qara camaat kimi davranacağıq. Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xahiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini qara camaata da versin”.
Milli Məclisin sədri Sahibə Qafarova deputata cavabında bildirib ki, başda Prezident olmaqla heç kim əhaliyə qara camaat kimi baxmır.