Ermənistan ATƏT-də İrandakı səfirliyimizə qarşı teraktı pisləyən bəyannamənin qəbul edilməsinə mane oldu

Lakin, Ermənistan tərəfi İranın sifarişi ilə eyni məzmunlu bəyannamənin ATƏT-də qəbul edilməsinə mane olub.
Təəssüf ki, 2 aya yaxın müddətdə davam edən müzakirələrə Ermənistan tərəfi hər vəchlə maneçilik törədib və Səfirliyə xain hücumu pisləyən, terror qurbanlarının ailələrinə başsağlığı diləklərinin çatdırıldığı, və ədalətin təmin olunması məqsədilə hərtərəfli istintaq aparılmasının vacibliyinin vurğulandığı bəyannamənin qəbuluna imkan verməyib.
Bu bir daha göstərir ki, Ermənistan İranın ATƏT-də əsas təmsilçisi olmaqla yanaşı, sülhdə və əmin-amanlıqda maraqlı olmayan tərəfdir.