Rəsmi Bakı: “Ermənistanın “məhbus” adlandırdığı şəxslər Azərbaycana göndərilən cinayətkarlardır”

O bildirib ki, Ermənistan hələ də itkin düşmüş 3 800 azərbaycanlı ilə bağlı məlumat vermir:
“Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”.
A.Hacızadə vurğulayıb ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.