Azərbaycan Ordusunun hərbçiləri Britaniyada təlim keçiblər

Azərbaycan Ordusunun hərbçiləri Britaniyada təlim keçiblər
Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib.
Yenilik.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “Twitter”də yazıb.
O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib.
Diplomatın sözlərinə görə, dörd həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.
Geri qayıt