Prezident: “Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək”

“Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək”, - deyən dövlətimizin başçısı bildirib ki, Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır.