Prezident: “Minlərlə laçınlı bu il öz doğma diyarına qayıdacaq”

Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırmalıdır: “Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”.