İlham Əliyev: “Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq”

“Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.