Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, İzmirdən olan deputat Binəli Yıldırım 31 Mart qurbanlarını anıb.
Yenilik.az xəbər verir ki, bu barədə o “Twitter” hesabında yazıb: “31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə həyatını itirən bacı-qardaşlarımızı yad edirəm. Ruhları şad, məkanları cənnət olsun”.