Ad günündə göndərilən hədiyyə Lalə Azərtaşı kövrəltdi

Ad günündə göndərilən hədiyyə Lalə Azərtaşı kövrəltdi Aparıcı Lalə Azərtaş ad gününü "Xəzər axşamı" verilişində qeyd edib. 
Yenilik.az xəbər verir ki, proqramda Nazilə adlı qadın ona məktub və hədiyyə üzük göndərib. O, bildirib ki, üzük nənəsindən anasına, anasından isə ona qalıb. Məktubu oxuyan Lalə kövrəlib. 
"Bu, mənə çox təsir etdi. Çünki nənəmin də üzüyünü saxlayıram. Bu üzüyü isə göz bəbəyim kimi qoruyacağam və övladıma ötürəcəyəm" deyə, aparıcı əlavə edib. 





Geri qayıt