Milli komandanın AÇ-2024-ün seçmə mərhələsində zəif oyunu ölkənin hər yerində tənqidlə qarşılanır.
Canni De Byazinin yetirmələrinin Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə darmadağın olmasını tanınmış aktyor Elcan Rəsulov özünəməxsus formada ələ salıb. O, bu barədə çıxışını öz sosial şəbəkə hesabında yerləşdirib. Kifayət qədər maraqlı alınan çıxış izləyicilər tərəfdən gülüşlə qarşılanıb.