Vətən müharibəsindən sonra neçə azərbaycanlı minaya düşüb?

“Bu gün Azərbaycanın daha bir hərbi qulluqçusu mina partlaması nəticəsində həlak olub. 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir”, -deyə paylaşımda qeyd olunur.