Qərbi Kaspi Universitetində Almaniyanın Schmalkalden Universitetinin professoru Dr. Jürgen Gemeinhardtın mühazirəsi olub

Qərbi Kaspi Universitetində Almaniyanın Schmalkalden Universitetinin professoru Dr. Jürgen Gemeinhardtın mühazirəsi olub
Qərbi Kaspi Universiteti dünyanın nüfuzlu universitetlərinin professorları, müxtəlif sahələrdə tanınmış alim və tədqiqatçıların iştirakı ilə tematik həftələr, yaz, yay, qış, payız düşərgələri təşkil edir. 
Yenilik.az xəbər verir ki, "Beynəlxalq yaz mühazirələri" çərçivəsində universitetin qonağı Almaniyanın Schmalkalden Universitetinin professoru Dr. Jürgen Gemeinhardt olub.
Professor iqtisadiyyatın qiymətləndirilməsi meyarları, mexanizmləri barədə məruzə ilə çıxış edib, tələbələri maraqlandıran sualları cavablandırıb. 
Mühazirədə Qərbi Kaspi Universiteti ilə yanaşı digər ali təhsil ocaqlarından da tələbələr iştirak ediblər.
Geri qayıt