Əməkdar artistdən ailə qurmaq istəyən xalasına: "Barı ərinin ili çıxardı"

Əməkdar artistdən ailə qurmaq istəyən xalasına: Əməkdar artist Rəhilə Bəndəliyevanın xalası Mülayim xanım ailə qurmaq üçün efirə çıxıb. 
Yenilik.az xəbər verir ki, "Elgizlə izlə" verilişinə qatılan qadın həyat yoldaşının dünyasını dəyişdiyini və yenirdən ailə qurmaq istədiyini deyib. 
Verilişə zəng edən R.Bəndəliyeva xalasının ərinin vəfatından 1 il keçmədiyini söyləyib:
"Xalamın yoldaşının əri yeni rəhmətə gedib. Heç ili çıxmayıb. Heç olmasa ərinin ili çıxardı. Hamı onu qınayacaq. Həyat onundur, yəqin tənhalığı sevmir. Allah xeyir versin".
Qadın isə onun sözlərinə "Həyat yoldaşım son gününə qədər yanımda olub, ayrı yaşamamışıq. Tək qala bilmirəm. Oğlum öz həyat yoldaşı ilə kefdədir" cavabını verib. 
Rəhilə isə "16 nəvən var, birini götür yanında saxla" sözlərini söyləyib.

Geri qayıt