Azərbaycanın Xalq artisti vəfat edib

Azərbaycanın Xalq artisti vəfat edib Azərbaycan mədəniyyətinə ağır itki baş verib.
Yenilik.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.
"Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə qurum bəyan edib.






Geri qayıt