
“Humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan
mədəniyyəti günləri təşkil ediləcək”.Yenilik.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti
İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Astanada keçirilən geniş tərkibdə görüşdə bildirib.
Dövlətimizin başçısı bildirib ki, bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək.