Bu gün erməni təxribatı nəticəsində şəhid olan Tağıyev Səbuhi

Bu gün erməni təxribatı nəticəsində şəhid olan Tağıyev Səbuhi
Bu gün düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri də Tağıyev Səbuhi Gündüz oğludur.
Yenilik.az xəbər verir ki, o, Naxçıvanın Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir.
Bununla bağlı onu tanıyan şəxslər sosial şəbəkələrdə məlumatlar paylaşıblar.
Qeyd edək ki, bu gün saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Geri qayıt